Haqqımızda

İsrafly tur agentliyi sizi dünyanın istənilən nöqtəsinə aparır.  Siz sadəcə Çinin qədim məbədlərini,  Norveçin fyorlarını,  İtaliyanın özünəməxsus küçələrini və başqa mədəniyyətlə, tarixlə və gözoxşayan təbiəti ilə  zəngin olan ölkələrin birini öz istəyinizə görə seçirsiniz və biz bu unudulmaz səyahəti sizə təşkil edirik.

İsrafly Travel sizin macəralarla dolu səyahətinizin rahat keçməsi üçün münasib qiymətdə otel seçimləri təqdim edir. Biz  gəzinti, alış-veriş, qış idmanları, kəşf, ailə və dünya turları təklif edirik. Bundan əlavə xidmətlərimizə sığorta, maşın kirayəsi, daşınma, viza  müxtəlif tədbirlərin təşkili də daxildir. Komandamız hərtərəfli xoş və yaddaqalan bir tətilin təmin olunmasında mühüm rol oynayır.

Biz dünyanın hər yerinə səyahət təşkil edən ən yüksək təhlükəsizlik standartlarına sahib bir səyahət şirkəti kimi tanınırıq  və müştərilərimizə böyük bir macəra təcrübəsi təqdim etmək öhdəliyi daşıyırıq.

Azərbaycanda istirahət etmək üçün ən yaxşı mövsüm hansıdır?

Azərbaycanda istirahət bütün il boyunca müvafiqdir. Yaz aylarında Xəzər dənizinin çimərliklərindən, təzə havadan və təbiətdən, qışda isə Şahdağ və Tufandağın rahat dağ xizək mərkəzlərində istirahətdən zövq ala bilərsiniz.

 

Bakıda qalmaq üçün ən yaxşı yer haradadır?

Bakı çox yığcam şəhərdir. Böyük alış-veriş və turistik əyləncə mərkəzləri şəhərin mərkəzində yerləşirlər. Şəhərin ictimai nəqliyyat sistemi geniş, etibarlı və əlverişlidir. Otellər əsasən mərkəzdə cəmləşmişdir. Lakin siz ətraf ərazilərdə də qalmaq üçün uyğun şərtlərlə qonaq evləri tapa bilərsiniz. Lüks imkanlar təqdim edən 5 * otellərin sayı artmaqdadır .

 

Səfər zamanı problem yaranarsa kimə müraciət etməliyik?

Belə hallarda Siz ölkənizin Azərbaycandakı səfirliyi ilə əlaqə qura bilərsiniz. Eləcə də bütün sənədlərinizin və şəxsiyyət vəsiqələrinin surətini  itirmək halına qarşı saxlamaq tövsiyə olunur.

Turizmlə əlaqəli məlumatlar üçün isə Mədəniyyət və Turizm Nazirliyinin Məlumat Mərkəzinə (+99412 147) müraciət edə bilərsiniz. 

Sərfəli otellər mövcuddurmu?

Bakı hər kəsə uyğun və geniş variantlar təklif edir.
Büdcəli və yüksək səviyyəli otellər, həmçinin qonaq evləri arasında seçim edə bilərsiniz.
Rezervasiya istənilən zaman mümkündür.

Dağlıq Qarabağa səfər etmək mümkündürmü?

Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə əlaqədar Dağlıq Qarabağa səfər etmək müvəqqəti olaraq mümkün deyil. Ermənistan ərazisindən Qarabağa gedən şəxslər avtomatik olaraq Azərbaycan Respublikasının işğalda olan ərazisinə qeyri-qanuni səfər etdikləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı beynəlxalq hüquq normalarını  da pozurlar. Bu səbəbdən həmin şəxslər hüquqi normaları pozduqlarına görə  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən qara siyahıya salınırlar. Bu şəxslərin Azərbaycana səfəri zamanı sərhəd xidməti tərəfindən bu faktı aşkar etməsi halında dərhal deportasiya edilməsi qaçınılmazdır.

İctimai nəqliyyatdan istifadə necədir?

Bakı intellektual ictimai nəqliyyat sisteminə malikdir. Gedəcəyiniz yerə bağlı olaraq, metro, qatarlar, avtobuslar və taksilərdən istifadə edə bilərsiniz.