QAFQAZ YEDDI GOZEL HOTEL

  • Vəndam qəsəbəsi, AZ3628 Qəbələ, Azərbaycan

ƏSAS XÜSUSİYYƏTLƏR

  • Sauna
  • Fitnes mərkəzi
  • Otaqda səhər yeməyi
  • Restoran
  • Pulsuz wi-fi
  • Camaşırxana
  • Düz ekranlı televizor

Otel haqqında

“Qafqaz Yeddi Gozel Resort Hotel” Qəbələ şəhərindən bir az aralıda, Vəndam qəsəbəsində yerləşən 3 ulduzlu oteldir. Magistral yolun kənarında müasir üslubda inşa olunmuş otel 2013-cü ildən fəaliyyət göstərir.

Otelin restoran və barı 24 saat qonaqların xidmətindədir. Həmçinin isti yay aylarında otelin həyətində olan köşk-çardaqlar da istifadəyə verilir və burada qonaqların piknik etməsi üçün müvafiq şərait yaradılır. Oteldə böyük yığıncaq və məclislərin keçirilməsi üçün də əlverişli şərait mövcuddur.

Bundan başqa otel füsünkar təbiətə malik Qəbələ rayonunun əsas gəzməli-görməli yerlərinə, o cümlədən Nohur gölü və Yeddi Gözəl şəlaləsinə yaxın məsafədə yerləşdiyindən rahat istirahətlə yanaşı doyunca səyahət etmək istəyənlər üçün də ideal bir məkandır.