• VİZA

  • SIĞORTA

  • MICE

  • TRANSFER

  • AVTOMOBİL KİRAYƏSİ

    E-Viza sistemi ilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 gün ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilir. 3 iş günü müddətində verilən elektron viza ilə ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.


    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olmaqla elektron viza üçün müraciət edə bilərlər.
    MDB ölkələri (Türkmənistan istisna olmaqla) vətəndaşları üçün viza tələb olunmur. Türkiyə, İsrail, Bəhreyn, Kuveyt, Oman, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Yaponiya, Sinqapur, Malaziya, Çin və Cənubi Koreya vətəndaşları isə Azərbaycana gəldikləri zaman hava limanında (aeroportda) viza ala bilərlər.

     

    Viza almaq üçün müraciət
    Elektron vizanın alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixinədək minimal olaraq, üç (3) iş gününə qədər müraciət etməlidirlər.
    Müraciət edən şəxsin pasportunun və ya digər sərhəddən keçmə sənədinin istifadə müddəti nəzərdə tutulan e-visanın bitmə müddətindən ən azı üç (3) aydan artıq olmalıdır.
    Dövlət rüsumu ödənildikdən sonra müraciətin qəbul edilməsi haqqında bildiriş sistem vasitəsilə elektron ünvana ötürülür. 

     

     İsrafly E-Visa xidməti
    İsrafly sizə turistik elektron viza (E-visa) xidməti təklif edir. Online rəsmiləşdirilən e-vizanın təsdiq edilmə müddəti  beş (5) iş günüdür. Təsdiq edildikdən sonra viza elektron poçt vasitəsi ilə qonağa göndərilir və Azərbaycana giriş üçün qonaq sadəcə bu sənədi çap edərək sərhəddə göstərir. E-viza 1 ay müddətinə etibarlıdır və Azərbaycanın bütün sərhəd məntəqələrində təqdim oluna bilər. (Aeroport, D\Y, Dəniz vagzalı və s.).

     

     E-Vizanın alınması üçün lazım olan sənədlər

    Şəxsiyyəti təsdiq edən sənədin rəngli skan edilmiş surəti

    Qonaq tərəfindən doldurulmuş anket forması

    Otel rezervasiyasının təsdiq məktubu

    Aviabilet və ya rezervasiyanın təsdiqi


    Qeyd: Yuxarıda qeyd olunan sənədləri elektron poçt vasitəsilə təqdim edilir, təsdiq olunduqdan sonra e-vizanın göstəriciləri PDF formatda müraciət edən şəxsin elektron poçtuna göndərilir.

    Səyahət sığortası dünyanın hər hansı bir ölkəsinə səfər edərkən baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsini və xərclərin ödənilməsini nəzərdə tutur.

     

    Sığorta ödənişi bir sıra xoşagəlməz hallar üzrə həyata keçirililir. Bura sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı baş verə biləcək bir sıra xoşagəlməz itkilərinin tam və ya qismən ödənilməsi daxildir.  


    Səyahətçinin sığorta şəhadətnaməsi aşağıdakı xərcləri ödəyir:

    • baqajın itməsi və ya zədələnməsi üzrə xərclər;
    • səyahətin ləğv edilməsi dayandırılması və ya gecikməsi ilə əlaqədar yaranan xərclər;
    • həkim müayinəsi və təyin edilmiş dərman vasitələrinə dair xərclərin ödənilməsi;
    • tibb müəssisəsinə daşınma ilə bağlı xərclərin, o cümlədən, stasionar şəraitdə qalma, müayinə və müalicə xərclərinin (əməliyyat xərcləri də daxil olmaqla) ödənilməsi;
    • aparılmış müalicədən sonra tibbi göstəriş olduğu halda vətənə təxliyyə ilə əlaqəli xərclərin ödənilməsi;
    • nəzarətsiz qalmış həddi-buluğa çatmamış uşaqların zəruri hallarda vətənə təxliyyə edilməsi ilə əlaqədar xərclərin ödənilməsi;
    • sığorta olunanın yaxın qohumunun nəqliyyat və oteldə qalma xərcləri;
    • sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olan digər xərclərin ödənilməsi.

    Yuxarıda qeyd edilən xidmətlər sığorta tarifindən asılı olaraq təminata daxil edilir.

    İsrafly-ın  MİCE xidmətlərinə işgüzar konfranslar, forumlar, seminarlar, dövrü yığıncaqlar, digər MICE tədbirlərin keçirilməsi xidmətləri daxildir.


    Konfrans və seminarlar müxtəlif problemlərin həlli, təcrübə mübadiləsi və işğüzar münasibətlərin tənzimlənməsi eləcə də, əməkdaşlıq məqsədi ilə təşkil olunur. 

    Konfrans, seminar və başqa tədbirlərin təşkili zamanı təkcə iş proqramını deyil, konfrans zalının seçimi, tədbirin formatını və qeyri-rəsmi tərəflər barədə də düşünmək lazımdır.

    Bu cür tədbirlərin hazırlanması, idarə edilməsi, təşkili və keçirilməsi prosesi həmişə xüsusi yanaşma və peşəkar mütəxəssislərin iştirakını tələb edir.

    Şirkətimiz  istənilən format və miqyasda MİCE layihələrin təşkili sahəsində böyük təcrübəyə malikdir.



    Xidmətlərə daxildir:

    -Lazımı avadanlıqlarla təchiz olunmuş müasir məkanın təşkili;
    -tədbirin məqsədinə və büdcəsinə uyğun məkanın seçimi;
    -tədbirin keçirilməsi üçün konfrans zalın və avadanlıqların rezerv edilməsi;
    -bir və ya bir neçə oteldə nömrələrin rezerv edilməsi;
    -tədbir iştirakçılarına dəvətnamələrin göndərilməsinin təşkili;

    -bələdçilərin, tərcüməçilərin və və s.seçimi;

    -xarici iştirakçılar üçün xüsusi proqramın hazırlanması;

    -iştirakçıların qeydiyyatının təşkili;
    -koordinasiya proseslərinin həlli;
    -lazımlı hesabatların təşkili;

    -aviabilet, transfer
    -poliqrafiya işləri və s.

    Transfer xidməti turizmdə VİP xidmətlər kateqoriyasına daxildir.  Ən tələbkar müştərilərin rahat istirahəti üçün təklif olunan xidmətlərdəndir. 

    Şirkətimiz istənilən müştəri üçün optimal çatdırılma təklif edir. Transfer zamanı istənilən büdcəyə uyğun avtomobillərlə təmin olunma mövcuddur. 

     

    Biz tranfer xidmətində nələri təklif edirik:

     

    Peşəkar sürücülər: Rus və ingilis dilli sürücülər sizi səmimiyyətlə salamlayacaq və baqajlara kömək edəcəklər. Bütün sürücülər diqqətli qiymətləndirmə yolu ilə işə götürülür və siz səfərdə olduğunuz müddətdə özünüzü güvəndə hiss edəcəksiniz.

     

    Yeni və siqaret çəkməyən maşınlar:  Transfer xidməti üçün təklif olunan bütün avtomobillər rahat və əla vəziyyətdədir.

     

    Sərfəli qiymətlər: Bakı Hava Limanına köçürmə xidmətləri əlverişli qiymətlərlə təklif edilir. Hava limandan/limanına köçürülmə mümkün qədər rahat və sərfəli olmalıdır.

     

    Sifariş etmə asanlığı: Bakı hava limanına transferi sifariş etmək üçün 2 dəqiqədən az vaxt tələb olunur. Yenidən müraciət etməyinizə ehtiyac qalmır.

    Hal-hazırda avtomobil kirayəsi xidməti bir çox fiziki və hüquqi şəxslər üçün əlverişli şərtlərlə təqdim edilir.  Avtomobil ilə Bakıda səfər planlaşdırırsınızsa, yerli şirkətlər tərəfindən təklif edilən etibarlı və rahat kirayə avtomobil seçimlərindən istifadə edə bilərsiniz.

    Avtomobil kirayəsi xidməti çərçivəsində böyük miqdarda kirayə maşınlar təklif edilir.

    Siz avtomobil üçün müraciət etməklə qabaqcıl markaların qənaətcil və rahat

    -biznes sinif; 

    -ekonom sinif;

    -yolsuzluq avtomobilləri,

    avtobuslar və mikroavtobuslarını 

    kirayə götürə bilərsiniz. Bütün kirayə maşınlar turistlərə sığortalanmış,  vaxtında texniki baxışdan keçirilmiş və əla vəziyyətdə təqdim olunur.

    Siz sürücü ilə avtomobil kirayəsi xidmətini seçsəniz gününüzü daha effektiv planlaşdıra bilər, tıxaclarla yüklənmiş şəhərdə avtomobili idarə etmək problemi haqqında narahat olmaya bilərsiniz. 


    Peşəkar sürücülərimiz Sizi qısa müddətə ən optimal marşrut ilə təyinat yerinə çatdıracaqlar. 

     

    Bundan əlavə nələr təklif edilir:

    - 15-20 dəqiqə ərzində icarəyə görümək imkanı;

    - avtomobillərin sürücü ilə və ya sürücüsüz icarəsi;

    - avtomobillərin beynəlxalq bron edilməsi;

    -GPS naviqasiya avadanlığı;

    -uşaqlar üçün əlavə oturacaqlar;

    -yürüşü olan avtomobillərin satışı xidmətləri və s.

VİZA SIĞORTA MICE TRANSFER AVTOMOBİL KİRAYƏSİ