Nə əldə edəcəksən ?

  • bələdçi
  • transfer
  • otel
  • oteldə səhər yeməyi

Gün 1

  • Bakı Heydər Əliyev Hava Limanında qarşılama
    Oteldə qeydiyyat

    Asudə vaxt

Gün 2

  • 10.00 - İçəri şəhərə ekskursiya. İçəri şəhər, Azərbaycanın paytaxtı Bakının tarixi hissəsidir. Şirvanşahlar sarayı, Qız qalası, Karvansaray (XII-XV əsrlər), Antik mağazalar, Cümə məscidi daxildir.

    • 12.00 - Nizami küçəsində gəzinti- alış-veriş turu:  Nizami küçəsi Bakıda ən məşhur alış-veriş küçələrindən biridir. İşıqlı piyada yolları, kiçik hədiyyə mağazaları və supermarketlərlə zəngindir. Əsas alış-veriş sahəsi Fəvvarələr meydanında başlayır və xüsusilə yüksək səviyyəli paltar mağazalarının olduğu bir qaynar xəttdir. Şəhərin bu hissəsi bahalı və lüks restoran eləcə də mehmanxanalar ilə diqqətəlayiqdir.

    • 13.00 - Nahar saatı

    • 14.00 - Bakının mərkəzinə ziyarət. Bakı Bulvarı (Park, Azadlıq Meydanında başlayır Xəzər dənizinin sahili boyunca İçəri şəhərə doğru uzanır),  Tur Xəzər dənizində Boat Ride,  Xalçalar Muzeyi, Kiçik  Venice, Bayraq Meydanı ilə tanışlıqla davam edir.

    • 16.00 - Konfrans zalının, qalereyanın və muzeyin daxil olduğu "Heydər Əliyev Mərkəzinə" getmək.  Bu möhtəşəm kompleks İraq-ingilis memarı Zaha Hadid tərəfindən hazırlanmışdır.

    • 17:00 - Gözəllik və memarlığın gözəl nümunəsi, Qafqaz bölgəsində  ən böyük məscid-kompleks olan Heydər məscidi.

    • 18:00 - otelə qayıtmaq, asudə vaxtı

Gün 3

  • 10.00 - Oteldə səhər yeməyi

    • Abşeron yarımadasında gəzinti turu: Suraxanı qəsəbəsindəki (XVII) "Atəşgah" Məbədinə (Od məbədi) səfər. Suraxanı qəsəbəsində yerləşən bu abidə dini məbəddir. Fars və Hind yazılarına görə  məbəd Hindu və Zərdüşt ibadət yeri kimi istifadə edilmişdir.

    • Gala Açıq muzeyini ziyarət. Qala Dövlət Tarix-Diyarşünaslıq Qoruğu  Bakıda yerləşən muzey kompleksidir. İçərisində üç müxtəlif muzey növü var: Arxeologiya və Etnoqrafiya Muzeyi (açıq hava), Qala Muzeyi (qismən açıq hava) və Əntiq Muzeyi.  Muzeylərin sahəsi geniş olduğuna görə ziyarətçilərə nəqliyyat vasitələri təklif olunur.

    • Yanar Dağı. Daimi yanan alovuna görə bu yer Zərdüştlük dininə əsasən müqəddəs hesab olunur. 

    • Bakı şəhəri - Dağüstü Park: Şəhidlər Xiyabanı, Funikulyar, Alov Qüllələrini və Bakı Buxtasının Mənzərəsini təklif edir.

    • 18.00 - otelə qayıtmaq, asudə vaxt